Amerikanın tarixi və tanınmış Pitsburq şəhərinin meri Uilyam Peduto 28 May – Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə bağlı rəsmi bəyanat verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycana verilən xəbərə görə, bəyanatda 1918-ci il 28 may tarixində müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın başqa demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət içində irqi, cinsi, etnik, ya da dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Sənəddə qeyd edilir ki, Azərbaycan son 25 il boyunca öz suverenlik və müstəqilliyini gücləndirmiş və indi Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyanatda, bu il, 28 may tarixində Pitsburqda və dünyanın başqa yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin yada salınanacağı vurğulanır.

Sonda şəhərin meri Uilyam Peduto imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Pitsburqda Azərbaycan Günü elan edir və bütün Pitsburq sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın