Azərbaycanda “Apple” şirkətinin rəsmi diller şəbəkəsi olan Alma Store “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının satışına başlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, “iPhone 7” smartfonlarının qiyməti 1649-1849 manat arasında dəyişir (uyğun olaraq 32 və 128 qiqabayt yaddaşla).

32 qiqabaytlı “iPhone 7 Plus” versiyası 2149 manat, 128 qiqabaytlı “iPhone 7 Plus” isə 2349 manatdır.

Qeyd edək ki, “Apple” şirkəti 15 sentyabr tarixindən Avstraliyanın Sidney şəhərində yeni modelin satışlarına başlayıb.

Yeni “iPhone” smartfonları su və toz keçirməzdir. Home düyməsindən imtina edilib. “iPhone7” 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçimi var. 7 meqapiksellik ön kamera HD formatında şəkillər çəkəcək. “iPhone7 Plus” qurğusu iki kamera – biri telefoto (bu, uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv), ikincisi isə genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, on qat optik yaxınlaşdırma funksiyası var.


Apple – iPhone 7 and iPhone 7 Plus in 107 seconds

İlk dəfə olaraq “iPhone” smartfonları stereodinamiklərlə təchiz edilib.

Yeni qurğuda qulaqlıqlar üçün audio konnektor yoxdur, onu “Lightning” port əvəz edib. “AirPods” adlı simsiz qulaqlıqlar hazırlanıb. Beləliklə, biz əsl simsiz gələcəyə olan yolun başlanğıcındayıq. “iPhone7” və “iPhone7 Plus” smartfonları dördnüvəli 64 bitlik “A10 Fusion” prosessoru ilə təchiz ediliblər. Yeni prosessor əvvəlkindən 40%, birincidən isə 120 dəfə sürətlidir. “iPhone7” dünyada ən sürətli smartfondur. Aparatın qrafikası “iPhone6” ilə qarşılaşdırdıqda 3 dəfə, “6s” ilə müqayisədə isə 50% sürətləndirilib. “Iphone” smartfonları tarixində ilk dəfə ən uzuzmüddətli işləyən batareya ilə təchiz edilib. “iPhone7” modelinin başlanğıc qiyməti 649 dollar, “iPhone7 Plus” isə 769 dollar olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın