“Rusiyanın keçirdiyi təlimlərin Azərbaycan-Ermənistan münaqişəsi ilə heç bir bağlılığı yoxdur”.

Bu sözləri TASS agentliyinə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib. 

O bildirib ki, Rusiya ordusunun indiki fəaliyyəti “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır:

“Bu yoxlama fəaliyyətləri planlı şəkildə həyata keçirilir və “Qafqaz-2020” strateji komanda-qərargah təliminə hazırlıqda önəmli mərhələdir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu general-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib.

Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan – Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın