Dünyanın ən aparıcı telekanallarından olan Əl-Cəzirə (Al Jazeera) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı süjet yayımlayıb.

Virtualaz.org bildirir ki, süjetdə Azərbaycan torpaqlarının işğal olunmasından və aprelin əvvəlindəki dördgünlük müharibədən bəhs olunur.

Azərbaycan ordusunun yerləşdiyi mövqelərdə olan telekanalın əməkdaşları və jurnalist Rori Çalands (Rory Challands) onun son döyüş əməliyyatları vaxtı ələ keçirdiyi yüksəklikləri də tamaşaçılara nümayiş etdiriblər.

Süjetin ən maraqlı epizodu isə ermənilərin Tərtər rayonunda atəşə tutduqları və demək olar ki, tam dağıdılmış məktəbdən çəkilən hissə olub. 

Əl-Cəzirə telekanalının hazırladığı reoprtajı sizə tam olaraq təqdim edirik: 


Azerbaijan shows its side of Nagorno-Karabakh conflict

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın