Azərbaycan Xalq artisti, tanınmış aktyor Rasim Balayev gözlənilən Türkiyə səfərini təxirə salma səbəbindən danışıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Yeni Müsavata danışan aktyor səfərinin təxirə salınma səbəbini bu cür açıqlayıb: “Mənə bilgi verdilər ki, Türkiyədə məni müalicə edəcək həkim Bakıya gələcək. Ona görə də Türkiyəyə gərək qalmadı. Bilirsiz ki, İrandan, Türkiyədən tanınmış həkimlər gəlir. Təsadüfdən də həmin həkimin tezliklə Bakıya gələcəyini eşitdik, ona görə də qərara gəldik ki, burada müalicə alım”.
Aktyor hansı qurumun ona köməklik göstəridiyindən xəbərsiz olduğunu deyib: “Bilmirəm hansı qurumdur, konkret haradan yardım ediləcəyindən xəbərsizəm. Bircə onu bilirəm ki, dövlət tərəfindən tapşırılıb. Mənə müraciət edən şəxs də dövlətin nümayəndəsidir.
Bundan öncə isə Mədəniyyət və Turizm Nazirliyindən də mənimlə bağlantı quran olmuşdu. Soruşdular ki, “Sənə nə yardım edə bilərik?”. Cavab verdim ki, “Mənə yaxşı film verin çəkilim, sağalım”.
Yada salaq ki, R.Balayev uzun müddətdir ki, şəkər, təzyiq və onurğa xəstəliklərindən çətinlik çəkir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın