“Fəlakətin qarşısını alın”.

Bütün dünya azərbaycanlıları ABŞ Ağ Ev Administrasiyasının rəhbəri, prezident Barak Obamya ünvanlanmış petisiyanı kütləvi şəkildə imzalayır.

“Haqqın Yerini Tapması və Böyük Fəlakətin Qarşısının Alınması üçün” başlıqlı petisiyanın mətnində qeyd edilir:

“AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və başqa ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.

Administrasiyaya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir. Petisiyanın məqsədi ideoloji mübarizənin gücləndirilməsi və bizə qarşı olan bu haqsızlıqları dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

ATƏT-in Minsk qrupu bizim işğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətində uğur əldə etməyib.

Aşağıda imza edənlər Administrasiyadan Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsi və regionda humanitar fəlakətin qarşısını almaq üçün AŞPA-nın 2085 saylı Qətnaməsini dəstəkləməyi xahiş edir”.

Hər kəs petisiyanı buradan imzalaya bilər: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

Lazım olan imza sayı 100 min, hazırda toplanan imza sayı isə 55,614-dir. May ayının 6-sına qədər daha 44,386 imza olmalıdır.

Acun İlıcalı və Arda Turan Petisiyanı imzaladı

Artıq Türkiyədən də Azərbaycana dəstək gəlib. Belə ki, tanınmış aparıcı Acun İlıcalı ilə futbolçu Arda Turan da petisiyanı imzalayıb.

Onlar bu barədə Twitter hesablarında yazıblar: “Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı petisiyanı mən də imzaladım”.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın