Açıq-saçıq şəkilləri ilə tanınmış ulduz Afaq Aslan bəzi əməkdar artist və xalq artistlərindən daha çox layihə təqdim etdiyini söylədi. Bununla da Azərbaycanlı müğənni uzun aradan sonra susqunluğunu pozub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, açıqlama verən Afaq Aslan bildirib ki, söz və musiqisi Tural və Toğrul qardaşlarının, aranjimanı Elvin İmanovun olan “Söylə” adlı mahnısını yazdırıb: “Bir çoxları deyirlər ki, Afaq Aslan adı gələndə qalmaqal yada gəlir. Bu əsla belə deyil. Mən hər an yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər təqdim etmişəm. Bəzi əməkdar artist, xalq artistlərindən çox layihələr təqdim edirəm. Sadəcə bu sənətdə məni gözü götürməyənlər çoxdu. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid edənlərə demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiz”.

https://www.youtube.com/watch?v=Sc1uE4mWcWk

Afaq Aslan – “Söylə”

A.Aslan daha sonra bildirib ki, yeni fotosessiya da etdirib: “Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Əslində yeni şəkillərim müzakirələrə səbəb olacaq. Obrazım üzərində modelyer Adiqo və Mətanət çalışıb. Fotolarımı isə fotoqraf Azik çəkib. Hər birinə çox sağ olun deyirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın