Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Reportun yerli Sabah qəzetinə istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

Həmçinin səhər saatlarında Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirildiyi vurğulanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın