Son zamanlar cəmiyyətdə tez-tez rast gəlinən məsələlərdən biri də yalan danışmaqdır ki, əvvəllər yalan danışan insanlar barmaqla göstərilirdisə, bu gün sözündə bütöv insanlara çox az rast gəlmək olur. Ancaq elə hallar da var ki, orada yalan danışmadan keçinmək mümkün olmur. Əslində yalan danışmaq hansı hallarda qəbul olunur?

Qafqazinfo-nun məlumatına görə, psixoloq Dəyanət Rzayev analitik.az-a açıqlamasında deyir ki, insanlar özlərini qorumaq üçün yalan danışırlar:

Yalanı iki yerə bölmək olar. Yalan və pataloji yalan. Pataloji yalan psixopatlar, narkomanlar kimi xəstə insanlarda müşahidə olunur. Ümumiyyətlə, yalan müdafiə xarakteri daşıyır.”

D. Rzayevin sözlərinə görə cəmiyyətdə yalan danışanların sayı durmadan artır. Artıq hamı bir-birini aldatmağa çalışır:

“Azərbaycanda yalan danışanların sayı artıb. Azyaşlı uşaqdan tutmuş böyüyə qədər hamı yalan danışmağa çalışır. Elə insanlar da var ki, daim yalan danışırlar. İnsanlarda artıq bu, vərdişə çevrilir. Vərdiş yaranandan sonra isə bunu aradan qaldırmaq çox çətindir. Artıq o insan düz danışanda da inanmırlar. İnsan var ki, özündən asılı olmayaraq elə yalan danışmaqda davam edir.”

Onun sözlərinə görə, Azərbaycanda yalan danışmağa ehtiyac var: “İnsanlar cəhd göstərir ki, müxtəlif vasitələrlə pul qazansınlar. Yalan insanlar arasında ictimai münasibətlərə də pis təsir göstətir. Artıq insanlar digərinin yalan danışmasına vərdiş edib. Bu da faciədir.”

İlahiyyatçı  isə bildirir ki, hədislərdə qeyd olunur ki, yalan danışmaq Allaha şərik qoşmaq qədər günahdır. İnsanın sanki Allaha şərik qoşmasıdır:

“Bir hədisdə də qeyd olunur ki, bütün pislikləri bir evə yığsaq onun açarı şərabdır, ondan sonra isə buyurulur ki, yalan şərabdan da pisdir. Böyük günahlardan biridir. Həm Quranda, həm hədislərdə bu günah pislənilib.”

Ş. Həsənli yalanın insanlar arasında olan münasibətlərə də mənfi təsir göstərdiyini qeyd edir:

“Yalan insanlar arasında etimadın zəifləməsinə gətirib çıxaran bir əlamətdir. Cəmiyyətdə yalan çox olarsa, etimad zəifləyər. Dinin də əsas məqsədi insanları bir-birinə birləşdirməkdir. İnsanların birliyini, vəhdətini təmin etməkdir. Yalan kimi günahlar ictimai düzənə də zərbə vurur. İnsanlararası münasibətlərə ziyan vurur. Bunun həm dünyəvi, həm də axirətə aid olan mənfi təsirləri var. Quranda da var. Onlar yalançıdırlar deyə qeyd olunub. Bu əslində Allahın hökmüdür və yalan danışanları qınamasıdır.”

İlahiyyatçı burada bəzi istisnaların olduğunu da vurğulayır: “Yalan danışmaqla bağlı istisna hallar var. Bəzən yalan danışmaq vacib olur. Bir günahsız insan həyatını xilas etmək üçün yalan danışmaq məcburiyyətindədirsə, o halda doğru danışmağa icazə verilmir. Və yaxud da iki insan arasında barışıq, sülh yaratmaq üçün dinimiz yalan danışmağa icazə verir. Amma başqa hallarda isə yalan danışmaq olmaz.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın