20 dekabr 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarında Kaliforniya Azərbaycan Yoldaşlıq Assosiasiyası (California Azerbaijan Friendship Association – CAFA) yaradılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bu, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk qurumdur.

40 milyon əhalisi ilə ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniya ştatı 2.4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox yerləşdiği məkanlardan biri kimi tanınmaqdadır.

Assosiasiyanın yaradılması dekabrın 20-də Los-Anceles şəhərində keçirilən, 200-dək qonağın qatıldığı geniş toplantı ilə elan olunub. Toplantıda Azərbaycan icmasının üzvləri ilə yanaşı, Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının başçıları iştirak ediblər.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda yoldaşlarını birləşdirmək və Azərbaycanla Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib.

Azərbaycan və Kaliforniya ştatı arasında olan yoldaşlı0q əlaqələrindən danışan K.Məmmədova, bu yoldaşlığın uzun illərdən bəri qarşılıqlı dəyərlərə və sayğıya əsaslanaraq genişləndiyini, Azərbaycan kimi, Kaliforniyanın da müxtəliflik, multikulturalizm və tolerantlıq kimi dəyərlərinin olduğunu vurğulayıb. O qeyd edib ki, yeni qurum burada çalışan seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif qurumlar və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Qurumun fərdi ianələr hesabına maliyyələşəcəyini bildirən K.Məmmədova, İdarə Heyətinin üzvlərini təqdim edib və toplantının keçirilməsinə göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan icmasının fəalları Pəri Hovarda, Piruz Xanlıya, Əmir Allahverdiyə, eləcə də “LT Scientific” və “Cal State HVAC” şirkətlərinə çox sağ olunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir qurumun yaradılmasını tarixi və unudulmaz olay adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icmasının atdığı bu addımı yüksək dəyərləndirdiyini, yeni qurumun soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına inandığını bildirib və quruma gələcək çalışmalarında uğurlar arzulayıb.

Daha sonra Kaliforniya Ştat Senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat  (Walnut) şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər. Danışanlar ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Azərbaycan icmasının təşkilatlanmasının və Azərbaycan və Amerika xalqları arasında güclü körpülərin yaradılmasının və yoldaşlığın gücləndirilməsinin yüksək önəmini vurğulayaraq, CAFA-ya təbrik və arzularını çatdırıb, uyğun təbrik bəyannamələri veriblər.

Los-Anceles meri Erik Qarsettinin imzaladığı təbrik bəyannaməsi Los-Anceles şəhərinin İnsan Qaynaqları üzrə müvəkkili Amna Qazi tərəfindən Kimiya Məmmədovaya verilib.

K.Məmmədova vurğulayıb ki, Kaliforniya Azərbaycan Yoldaşlıq Assosiasiyasının yaradılması münasibətilə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys, Kaliforniya Ştat Senatoru Stiven Brədford, Kaliforniya Ştat Assambleyası üzvləri Sebastian Ridli-Tomas, Şəron Quirk-Silva, Filip Çen və Los Anceles Şəhər Şurasının üzvü Mitçel Enqlander tərəfindən imzalanmış təbrik bəyannamələri də CAFA-ya göndərilib.

Toplantı Azərbaycan musiqisindən nümunələrin oxunması və qonaqlıqla sonlanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın