Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp (Donald Trump) izləndiyinə görə Rusiyaya getməkdən qorxmadığını bildirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu o, bu gün keçirdiyi böyük mətbuat konfransında deyib: “Mən önəmli insanam. Çox ehtiyatlıyam. Hara gedirəmsə gedim, mühafizəçilərin, insanların əhatəsindəyəm. Hara getməyinizdən asılı olmayaraq, siz kameralarla əhatə olunmusunuz – mən təkcə Rusiyadan danışmıram, hər yerdə belədir”, – deyə o söyləyib.

D.Tramp artıq Moskva şəhəri və Moskva vilayətlərində olmasından da danışıb.

Bununla yanaşı o, mikroblardan qorxduğunu qeyd edib.

Tramp ABŞ-a edilən haker hücumlarında Rusiyanın əli olduğunu etiraf edib

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Amerika kəşfiyyatının Rusiyanın haker hücumlarında iştirakına dair düşüncələri ilə razılaşıb.

“Mən hesab edirəm ki, bu Rusiya idi”, – deyə Tramp vurğulayıb.

Donald Tramp: “Rusiya heç vaxt mənə qarşı basqı alətləri işlətməyə çalışmayıb”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuatda Rusiyada ona qarşı kompromat olmasıyla bağlı yayılan məlumatları açıqlayarkən deyib.

“Rusiya ilə heç bir bağlantım yoxdur – nə anlaşma var, nə də kredit götürmüşəm” – D.Tramp bildirib.

Qeyd edək ki, xarici KİV Rusiyanın əlində ABŞ-ın 45-ci prezidenti Donald Trampa qarşı kompromat olduğunu yazır. Bununla bağlı bilgilər ABŞ-ın Milli Kəşfiyyat İdarəsi tərəfindən təqdim edilib və hətta Rusiyanın ölkədəki prezident seçkilərinin nəticələrinə təsir göstərdiyi iddia edilib.

Rəsmi Kreml bu cür məlumatların cəfəngiyat olduğunu bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın