ABŞ və Türkiyə Münbiçin PKK/YPG-PYD terror qruplaşmasından təmizlənməsinə anlaşdı

ABŞ və Türkiyə arasında terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Münbiç bölgəsindən çıxmasıyla bağlı texniki anlaşma əldə edilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Anadolu”ya qaynaqlanaraq bildirir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra anlaşma elan olunacaq.

Anlaşma üç addımdan ibarətdir. Birinci addımda, iyunun 4-də tərəflər anlaşma sənədi imzalanan vaxtdan başlayaraq 30 gün içində PKK/YPG-PYD terrorçuları Münbiçdən çıxacaq. İkinci və üçüncü addımda, 4 iyun anlaşmasından sonra, 45-ci günün sonunda ABŞ və Türkiyə hərbçiləri, kəşfiyyatçılar həmin bölgəni araşdırmağa başlayacaq. İyunun 4-dən sonrakı 60 gün boyunca Münbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Vurğulayaq ki, Münbiç Suriyanın Hələb əyalətinə aiddir. PKK/YPG-PYD 2016-cı ildə bölgəni ABŞ-ın dəstəyi ilə İŞİD-dən təmizləyərək işğal edib. Münbiç əhalisinin 90 faizinin ərəb olduğu bildirilir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir