ABŞ Prezidentliyinə Namizəd Donald Tramp zirehli jilet geyinir

New York Magazine” jurnalı son nömrəsində yazır ki, ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə ən şanslı namizədi Donald Tramp seçki yürüşlərində ona qarşı hədələrdən sonra güllə keçirməyən jilet geyinməyə başlayıb.

Bunu onun seçki kampaniyasına yaxın mənbəyə istinadən AzadlıqRadiosu bildirib.

“Trampı tanıyanlar deyirlər ki, heç vaxt onu bu qədər yorğun görməyiblər. Bir neçə ay əvvəl o güllə keçirməyən jilet geyinməyə başlayıb… ki, bu da onu yoraraq rahatlığını pozub,” deyə müəllif yazır.

Zirehli jilet barədə söhbətlər Trampın seçki yürüşləri zamanı qəzəbli etirazlar və zorakılıq hallarından sonra ortaya çıxıb.

Keçən ay Çikaqoda Trampın tərəfdarları ilə etirazçılar arasında dava düşüb, nəticədə kampaniya tədbiri ləğv edilib.

Bundan bir neçə gün sonra isə Ohayo ştatının Deyton şəhərindəki yürüş zamanı bir etirazçı podiuma qalxmağa cəhd edib.

Tramp müsəlman qaçqınların ABŞ-a buraxılmaması, Meksika ilə sərhədin hasarlanması, oradan ucuz işçi qüvvəsinin ölkəyə daxil olmasının önlənməsi kimi qalmaqallı təkliflərlə çıxış edib.

Keçən il məşhur meksikalı narkobaron El Chaponun Trampın başına 100 milyon dollar pul qoyduğu barədə xəbər yayılıb.

Trampın seçki kampaniyasına yaxın şəxslər onun ən azı fevraldan bəri güllə küçirməyən jilet geyindiyini deyiblər.

İndi onu Viskonsin ştatında ağır praymeriz gözləyir. Rəy sorğularının nəticələrinə görə bu ştatda o, rəqibi Ted Cruzdan geri qalır.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir