ABŞ Prezidenti Donald Tramp İranı ağır sanksiyalarla qorxutdu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp (Donald Trump) İran İslam Respublikasının heç vaxt nüvə silahına sahiblənməməsi üçün BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək ölkəsi ilə əməkdaşlıq etməyə çağırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, BMT Təhlükəsizlik Şurasının İran üzrə toplantısında çıxış edən Tramp Tehran və Moskvanı Suriyada qan axıdılmasına imkan verdiklərinə görə ittiham edib.

Bununla belə o, İran, Suriya və Rusiyaya İdlibdə hərbi əməliyyatdan geri çəkildiklərinə görə təşəkkür edib.

Tramp həmçinin bildirib ki, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq etmək istəyindədir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir