Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub göndərib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab prezident,

Sizi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi ilə təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu önəmli uğurunu sizinlə birlikdə qeyd edirəm.

İlk müstəqil dövlətinin 100 illiyini keçirən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji güvənliyinin təmin edilməsinə qatqı verəcəkdir.

Enerji layihələrinizin uğurunu gücləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması uğrunda sizinlə əməkdaşlıq etmək əzmindəyəm”.

https://www.youtube.com/watch?v=Odcwrfn5jqM

Tramp: “Azərbaycan dünya enerji bazarına sabitlik gətirir”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın