ABŞ Prezidenti Con Kennedinin Öldürülməsinin Yeni Detalları Açıqlandı

ABŞ-ın Milli Arxivi 1963-cü ildə öldürülmüş ölkənin 35 yaşlı prezidenti Con Kennedi (John Kennedy) ilə bağlı 676 yeni detalları açıqlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Oxu.Az-a qaynaqlanaraq bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi 553 sənəd hazırlayıb. Bundan başqa Ədliyyə və Müdafiə Nazirliklərinin, həm də qətlin araşdırılması üzrə Konqres palatasının özəl komitetinin kağızları yayımlanıb.

Yada salaq ki, oktyabrın 26-da ABŞ prezidenti Donald Tramp (Donald Trump) Con Kennedinin qətli bağlı üç minə yaxın sənədin açıqlanması ilə bağlı memoranduma qol çəkib. Bununla belə, o, vurğulayıb ki, bütün sənədlər yayımlanmayacaq. Belə ki, federal agentliklər prezidentdən onlara 26 aprel 2018-ci ilə qədər vaxt verməsini xahiş ediblər. Ağ Ev başçısı olayla bağlı sağ qalan insanlardan başqa bütün sənədlərin açıqlanacağına söz verib.

Con Kennedi iki ildən bir az çox müddətdə Amerika Birləşmiş Ştatlarının prezidenti olub. O, 22 noyabr 1963-cü ildə Dallasa səfəri zamanı ölümcül güllə yarası alıb. Rəsmi bilgilərə görə, prezidenti Li Harvi Osvalda adlı birisi snayper tüfəngi ilə uzaqdan vurub. Prezidentin öldürülməsinin xırdalıqları indiyədək mübahisə mövzusudur.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir