ABŞ prezidenti Barak Obama 88 ildə ilk dəfə Kubaya gedib

ABŞ prezidenti Barak Obamanın Kubaya səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, Obama 88 il sonra Kubaya səfər edən ilk ABŞ prezidenti olub. Onu səfərdə ailəsi- birinci xanım Mişel Obama və qızları da müşayiət edib. Tarixi səfər üç gün davam edəcək. ABŞ prezidentini gətirən təyyarə Havana hava limanına eniş edib.

Son dəfə bu ölkəyə 1928-ci ildə ABŞ-ın o zamankı prezidenti Kalvin Koolidge səfər etmişdi. Havana hava limanında 1959-cu il inqilabından sonra ilk dəfə ABŞ bayrağı dalğalanıb. İki ölkə arasındakı diplomatik əlaqələr də məhz inqilabdan sonra daha da pisləşib.

Təyyarə hava limanına enər-enməz B.Obamanın rəsmi “Twitter” hesabında ispan dilində “Necəsən Kuba?” tviti paylaşılıb. Daha sonra mesaj ingilis dilində belə davam edir: İndicə endim. Kuba xalqı ilə bir araya gəlmək və onları dinləmək üçün səbirsizlənirəm”.  Obama özü bu səfərini iki ölkə arasında münasibətlərin yenidən qurulmasında yeni addım adlandırıb. Havanadakı ABş səfirliyi əməkdaşları ilə görüşündə o bu səfərini tarixi adlandırıb. “Bu tarixi səfər və tarixi imkandır”.

ABŞ prezidenti postuna namizəd olan qalmaqallı Donald Tramp isə Obamanın qarşılanmasından narazı qalıb. O, özünün sosial şəbəkədəki səhifəsində bunu dilə gətirib. Onun fikrincə, Kubada ABŞ liderini lazımi səviyyədə qarşılamayıblar. “Raul Kastro Obamanı qarşılamağa belə gəlmədi. Roma Papası və başqalarını isə o özü qarşılayıb. Hörmət yoxdur”.

Üç günlük səfər çərcivəsində prezident Kuba lideri Raul Kastro ilə görüşəcək, Kuba və ABŞ beyzbol komandaları arasındakı yarışıp izləyəcək, Kuba televiziyası vasitəsilə xalqa səslənəcək.

2014-cü ildə Obama və Raul Kastro iki ölkə arasında münasibətlərin yenidən bərpası ilə bağlı razılıq əldə ediblər. Bu qərarla ABŞ Kubaya qarşı blokada aradan götürüb və bəzi Amerika şirkətləri bu ölkəyə sərmayə yatırmağa başlayıblar.

Barak Obama Havana hava limanında

Obama səfərində yerli restoranlardan birində nahar etməklə başlayıb. O, ailəsi iə yerli mətbəxi dadıb. Daha sonra Kubanın tarixi ərazisində gəzintiyə çıxıblar. Güclü yağış altında Obama və ailəsi şəhərin tarixi məkanlarında olub. Onlar ən qədim meydan olan Plasa-de-Armas da olublar.

Havananı prezident ailəsinə gəzdirən isə  ölkənin əsas tarixçilərindən biri olub.  Meydanın yaxınlığındakı muzeylərdən birində olan Avraam Linkolun portreti  Obamanın böyük marağına səbəb olub.

Gəzintidən sonra Obama və onu müşayiət edənlər kafedral kilsəyə gediblər. Burada ABŞ, prezidenti ilə Kuba arxiyepiskopu Xayme Orteqa arasında görüş başlayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir