YALAN.info-nun verdiyi xəbərə görə, ABŞ-ın “U.S. News and World Report” nəşri araşdırmalarına görə ən güclü Dünya ölkələrinin siyahısını açıqlayıb.

Amerika nəşri Best Countries layihəsi çərçivəsində ölkələrin müxtəlif göstəricilərinin nəticəsini rəqəmsal olaraq toplayıb göstərməyə çalışmışdır. Reytinq sıralamasının yaradılmasında John Gerzema, Anna Blender (hər ikisi BAV Consulting firması) və David Reibstein (Pensilvaniya Universitetinin Wharton Məktəbi) iştirak etmişlər.

Ölkələrin reytinq cədvəli özlüyündə 9 reytinq cədvəli üzrə yaradılmışdır: səyahət, vətəndaşlıq, mədəniyyət, sahibkarlıq, ənənə, uğurlar, biznes mühiti, güc, yaşayış səviyyəsi. Bütün bu cədvəllər də öz növbəsində bir neçə göstəricinin nəticələrinin toplanması ilə reytinq cədvəlində əks etdirilir. Misal üçün, Dünyanın ən güclü 60 ölkəsi arasında Azərbaycan 38-ci yeri tutur.

Dünyanın ən güclü ölkələri sıralamasından bir sıra dövlətlərin tutduğu yerləri təqdim edirik:

  1. ABŞ
  2. Rusiya
  3. Çin
  4. Almaniya
  5. Böyük Britaniya
  6. Fransa
  7. Yaponiya
  8. İsrail
  9. Səudiyyə Ərəbistanı
  10. Şimali Koreya

İran İslam Respublikası və Türkiyə uyğun olaraq 12 və 17-ci yerlərdə qərarlaşmışlar.

Bu reytinqin hazırlanmasında ölkənin liderliyi, iqtisadi göstəriciləri, siyasi nüfuzu, beynəlxalq əlaqələrin möhkəmliyi və ordunun gücü kimi 5 amil nəzərə alınmışdır.

Xatırladaq ki, ən güclü ölkələr siyahısı yalnız ordunun gücü əsasında formalaşdırılmamışdır. Bundan əlavə 4 amil də hər bir dövlətin güc amilinə təsir edən göstəricilər kimi nəzərə alınmışdır. Maraqlısı isə budur ki, Azərbaycanın bir sıra KİV-lərində “Azərbaycanın Silahlı Güvvələri 38-ci yerdədir” başlıqlı xəbər kimi yayımlanmışdır.

Gün.Az xəbər verir ki, ABŞ, Rusiya və Çin silahlı qüvvələrinin liderlik etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerdədir.

SİA-nın xəbərinə görə, 60 ölkənin adının yer aldığı siyahıya ABŞ, Rusiya və Çin silahlı qüvvələrinin başçılıq edir. Azərbaycan ordusu 38-ci yerdə qərarlaşıb.

APA-nın məlumatına görə, ABŞ, Rusiya və Çin silahlı qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerdə qərarlaşıb.

CBC.az: ABŞ, Rusiya və Çin silahlı qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerdə qərarlaşıb.

Aia.az-in məlumatına görə, Ordumuz dünyanın ən güclü orduları siyahısında 38-ci, “Dünyanın Ən Yaxşı Ölkələri” siyahısında isə 53-cü pillədə qərarlaşıb. “Ən Güclü Ordular” siyahısında ilk üç pillədə ABŞ, Rusiya və Çin qərarlaşıb.

Siyahıda, ümumilikdə 65 ölkənin adı var. Onu da qeyd edək ki, Azərbaycan bütün reytinq cədvəllərinin nəticəsi olaraq dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşıb. İlk üç yerdə Almaniya, Kanda, Böyük Britaniyadır. ABŞ “ən yaxşılar” arasında 4-cü yerdədir. Qonşularımızdan Rusiya 24-cü, Türkiyə 30-cu, İran İslam Respublikası isə 58-ci yerdədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın