ABŞ konqresmeni Skot Perri AXC-nin yaranmasının 100 illiyi ilə bağlı bəyanatla çıxış edib

Mayın 18-də ABŞ Konqresinin Pensilvaniyadan olan üzvü, Respublikaçı Skot Perri (Scott Perry) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi ilə bağlı Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bəyanatda 1917-ci il inqilabından və Birinci Dünya müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini elan etdiyi bildirilir. AXC müstəqilliyinin qısa olmasına baxmayaraq, indiki müstəqil Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və 1991-ci ildən sonra bölgədə və dünyada artan önəmli rolunun olduğu vurğulanır.

Bəyanatda deyilir ki, Azərbaycan ABŞ-ın başlıca hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO gücləri ilə birgə Kosovo, İraqda qulluq etdiyi, bu gün Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu yada salınır.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, öz təbii ehtiyatlarını genişləndirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın böyük qaz ehtiyatlarının onun “Odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı vurğulanır.

Bəyanatda Azərbaycana dostluğuna görə minnətdarlıq bildirilir və xalqına davamlı barış, əmin-amanlıq arzu olunur.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir