ABŞ-ın Texas universitetinin alimləri ürəyi cavanlaşdırmağın asan yolunu tapdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas universitetinin alimləri həftədə 4-5 dəfə idmanla məşğul olmağın ürəyin qocalmasının qarşısını aldığını müəyyən edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı elmi məqalə “The Journal of Physiology” jurnalında yayımlanıb.

Araşdırmada yaşı 60-dan çox olan 102 nəfər iştirak edib. Onlar fiziki hazırlıq səviyyəsindən asılı olaraq dörd qrupa bölünüb. Birinci qrupa oturaq yaşam tərzi sürən könüllülər salınıb, ikinci qrupa ara-sıra idman edən, üçüncü və dördüncü qrupa isə uyğun olaraq həftədə 4-5 və 6-7 dəfə otuz dəqiqə boyunca fiziki hərəkətlər yerinə yetirən insanlar salınıb.

Aydın olub ki, hətta orta səviyyəli fiziki yüklənmə (həftədə 2-3 dəfə) belə, boyun və baş toxumalarına oksigen çatdıran orta ölçülü gənc qan damarlarının formalaşmasına gətirib çıxarır. Daha aktiv yaşam tərzi döş qəfəsi və qarın nahiyəsində arteriya damarlarının çoxalması və genişlənməsi ilə sonuclanıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir