ABŞ, Britaniya və Fransanın Suriyaya Raket Zərbəsi: 3-cü Dünya Müharibəsi Başlayırmı?

Suriyanın bombalanması aprelin 14-dü gecə saatlarında başlayıb. ABŞ, Böyük Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket buraxıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Suriya tərəfi raketlərin çoxu havada dəf edilib.

Hərbi politoloq, Q.V.Plexanov adına Rusiya iqtisadi universitetinin politoloqiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Oxu.Az-a verdiyi açıqlamada bildirib ki, ilk dəfədir ki, Qərbin güclü zərbələrinə məruz qalan ölkə, özünü qoruya bildi.

“Əlbəttə ki, burada Rusiyanın yardımını danmaq olmaz. Ancaq Suriyanın yeddi ildən çox qana qəltan olmasını göz önünə alsaq, bugünkü günün reallıqları daha aydın olar. Demək istədiyim odur ki, Yuqoslaviya, İraq və Liviya ssenariləri artıq Suriya üçün keçərli olmayacaq”,- deyə Perenciyev bildirib.

Ekspert düşünür ki, ABŞ və Britaniyanın raket zərbələrindən sonra Rusiya-Suriya yoldaşlığı, suriyalı döyüşçilərin peşəkarlığı və praktiki bacarıqları daha da gücləndi. Rusiya döyüş elmi isə təhlil və araşdırma üçün yeni faktlar əldə etdi:

“Ancaq ən başlıcasısı, Suriya xalqının özünə inam duyğusu, onlara meydan oxuyan hiyləgər və güclü Qərbin istənilən ağılasığmaz təhdidlərin öhdəsindən gəlməyin və ölkəni bərpa etməyin mümkünlüyünə inamı artdı”.

“ABŞ və Britaniya dünyaya təhdid olan terror subyektləri və sifarişçiləri özlərini ifşa etdi. İndi onların terrora qarşı savaş/müharibə ilə bağlı bütün bəyanatlarını, əsl məqsədi əksinə olaraq terroru dünyada inkişaf etdirmək və yaymaq olan, boşboğazlıq kimi nəzərdən keçirmək olar”, – deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, 14 aprel 2018 dünya tarixinə dünya hərbi hegemonu ABŞ və onun başda Britaniya olmaqda Qərbdən olan müttəfiqlərinin qürubunun başlanğıcı kimi düşəcək. Paralel olaraq isə Rusiya və onun müttəfiqləri, məsələn, Çinin təsir gücü artacaq.

“Suriya HHM sisteminin zərbələrin qarşısını effektiv şəkildə alması, Rusiya silahlarının dünyadakı imicini daha da artırmış oldu. Bu isə o deməkdir ki, bundan sonra dünya bazarında rusiya silahlarına tələbat daha da artacaq”, – deyə Perenciyev vurğulayıb.

Bir müddətdən sonra, deyək ki, bir ildən sonra dünya düzəninin hansı şəkildə dəyişəcəyi sualına rusiyalı hərbi ekspert, hər şeyin uçuruma doğru yuvarlanacağını söyləyib.

Onun proqnozlarına görə, böyük ehtimalla başda Rusiya və Çin olmaqla güclü anti-Qərb hərbi birliyi yaranacaq; həmin birliyə Asiya, Afrika, Latın Amerikası və ola bilər hətta Avropa da qoşulacaq.

“Hə, bu Üçüncü Dünya Müharibəsinin başlanğıcıdır”, – deyə ekspert müxbirin uyğun sualını cavablandırıb.

Suriya prezidenti Bəşər Əsəd ABŞ, Britaniya və Fransanın ölkəsinə endirdiyi raket zərbələri ilə bağlı bəyanat verib

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Reuters” məlumat yayıb. Bəşər Əsədin sözlərinə görə, bu hücumlar terrora qarşı mübarizədə Suriya xalqının birliyini daha da gücləndirəcək.

Suriya KİV-nin yaydığı xəbərə görə, Qərb müttəfiqlərinin raket zərbələrindən sonra Dəməşq sakinləri küçələrə axışıb. Onlar əllərində Suriya bayraqları yelləyərək, Suriya ordusu və Suriya prezidenti Bəşərə Əsədə dəstək şüarları səsləndirib.

ABŞ Prezidentliyinə Namizəd Donald Tramp zirehli jilet geyinir

ABŞ prezidenti Donald Tramp: Missiya yerinə yetirildi

ABŞ prezidenti Donald Tramp ötən gecə Suriyaya ABŞ, Britaniya və Fransa tərəfindən endirilmiş raket zərbələrindən danışarkən “missiyanın yerinə yetirildiyini” bildirərək, London və Parisə göstərdikləri dəstəyə görə çox sağ olun deyib.

“Ötən gecə zərbələr gözəl şəkildə yerinə yetirildi. Göstərdikləri fədakarlığa və silahlı güclərinin bacarığına görə Fransaya və Birləşmiş Krallığa çox sağ olun deyirəm. Bundan yaxşı nəticə ola bilməzdi. Missiya yerinə yetirildi!”,- deyə Tramp öz Twitter hesabında yazıb.

Ağ Ev başçısı eyni zamanda ABŞ silahlı gücləri ilə qürur duyduğunu bildirib. Yaxın zamanda Birləşmiş Ştatlar ordusunun daha da güclənəcəyini söz verib.

Xamenei: Kim ABŞ-a inanırsa, çox yanılır və yumruq yeyəcək

Xamenei: ABŞ, Britaniya və Fransa liderləri cinayətkardır

İran XİN ABŞ, İngiltərə və Fransanın Suriyanın paytaxtı Şama qarşı keçirdiyi hücumu qınayıb. Nazirliyin yaydığı bəyanatda hücumla prosesin dəyişməyəcəyi, ancaq durumun daha qarışıq bir hal alacağı bildirilib.

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei üç ölkənin Suriyanı vurmasının müttəfiqlərə heç bir qazanc gətirməyəcəyini vurğulayıb:

“ABŞ və müttəfiqləri Suriyada törətdikləri cinayətdən heç nə qazanmayacaqlar. Suriyaya hücum cinayətdir. ABŞ prezidenti, İngiltərə baş naziri və Fransa prezidenti cinayətkardır”.

Ərdoğan Avropa Birliyini PKK Terror Qurumunu Dəstəkləməkdə Günahlandırdı

Ərdoğan: Suriyada həyata keçirilən əməliyyatı doğru sayırıq

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bölgəsinin Fateh rayon qurumunun qurultayında ABŞ və müttəfiqlərinin Suriyanı bombalamasına münasibət bildirərkən deyib.

“Beləliklə, rejim hücumlarının cavabsız qalmayacağını gördü. Suriyada plan başqadır və biz bu oyunu çoxdan çözmüşük. Əgər hədəf İŞİD-dirsə, biz çoxdandır ona qarşı mübarizə aparırıq. “Fərat qalxanı” əməliyyatında 3 min terrorçunu yox etdik.

Suriyada bütün terror qruplaşmalarına – İŞİD, PKK/YPG-PYD və Bəşşar Əsəd rejiminə qarşı mübarizə aparılmalıdır. Türkiyə olaraq hədəfimiz Suriya torpaqlarını terrordan təmizləyərək güvənli bir hala gətirməkdir.

Öz layihələrini həyata keçirmək istəyənlər Suriya xalqına qarşıdırlar. Gərək ki, Əsəd rejimi ilə bağlı 5 il öncə dediklərimizə qulaq asaydılar”, – deyə Türkiyə prezidenti vurğulayıb.

“Bu gün səhər Britaniyanın baş naziri Tereza Meylə telefonla danışdım. Rusiya ilə aralarında yaranmış durumun barışla nəticələnməsini istədiyimi bildirdim. Bir azdan Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam. Biz bəziləri kimi əli-qolu bağlı qalmayacağıq. Görəcəyimiz işlərlə bağlı qərar qəbul edib fəaliyyət göstərəcəyik”, – deyə Ərdoğan sözlərinə artırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqın suallarına cavab verib

Putin ABŞ-ın Suriyaya zərbələrindən danışdı

Rusiya prezidenti Vladimir Putin ABŞ, İngiltərə və Fransanın Suriyaya hava hücumi ilə bağlı açıqlama verib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, qonşu dövlətin başçısı bu əməliyyatları təcavüz adlandırıb.

“Suriyaya hücumu ən sərt şəkildə qınayırıq. ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər”.

 

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir