“1991-ci ildən bu yana Azərbaycanda partlamamış hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı APA-ya qaynaqlanaraq bildirir ki, bunu baş nazirin müavini Abid Şərifov ANAMA – NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” başlığı ilə keçirilən toplantıda çıxışı zamanı deyib.

Baş nazirin yardımçısı vurğulayıb ki, Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat (PHS) problemi var: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarda, habelə işğaldan azad edilmiş ərazilərdə və keçmiş sovet ordusunun tərk etdiyi poliqon və bazalarda mina və partlamamış hərbi sursat problemləri var”.

A. Şərifov bildirib ki, sovet ordusunun Cənubi Qafqazda Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən hərbi bazasında baş vermiş partlayış zamanı 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb.

Baş nazirin yardımçısı onu da qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb bölgəsində yerləşən Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın