7-ci Avropa Film Festivalı Bakı şəhərində keçiriləcək

7-ci Avropa Film Festivalı noyabr ayının 3-dən 12-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, kinofestivalın açılışına həsr olunmuş mətbuat konfransında çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu il festival çərçivəsində AB ölkələrinin Avropa mədəniyyətini əks etdirəcək müxtəlif janrlı 19 filmin göstəriləcəyini bildirib.

Səfir filmləri izləməyə girişin pulsuz olacağını bildirib. Xanım M.Mard festival zamanı eləcə də yarışma keçiriləcəyini qeyd edib. Yarışmanı udanlar fevral ayında Berlin Film Festivalına qoşula biləcək.

Bu il festival İspaniya və Yunanıstan filmləri ilə açılacaq. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və Birlik ölkələrinin Azərbaycanda qeydiyyatdan keçmiş səfirlikləri tərəfindən təşkil edilən toplantı zamanı ümumilikdə Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan tanınmış rejissorların filmləri nümayiş olunacaq.

Eyni zamanda, festivalda tamaşaçılara Azərbaycan filmi olan “Qırmızı bağ” dramı (2016) da təqdim olunacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir