Ağdamın “Qarabağ” Futbol Klubunun İspaniya “Atletiko”su ilə keçirdiyi 2017/2018 Çempionlar Liqasının qrup mərhələsinin III tur qarşılaşmasını 47923 tamaşaçı izləyib. Bakı Olimpiya Stadionunda keçirilən görüş C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə, izləyici sayına görə 6-cı yerdə olan bu oyunda atlıların çempionada ilk xalını qazanması fanatlarına Azərbaycan Dövlət Müstəqilliyi Gününə hədiyyəsi oldu.

https://www.youtube.com/watch?v=HvIscHiybWQ

Qarabağ vs Atlético Madrid — All Highlights — 18/10/2017 HD

İngiltərənin paytaxtı Londondakı “Stemford Bric” stadionunda “Çelsi” ilə İtaliya “Roma”sı arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. Oyun 3:3 hesablı heç-heçə ilə sonlanıb.

https://www.youtube.com/watch?v=CKU9wFR0u3A

Chelsea vs As Roma 3-3 All Goals & Highlights 18/10/2017 HD

Birinci yeri İspaniyanın paytaxtı Madriddəki “Santyaqo Bernabeu” stadionunda “Real Madrid”lə İngiltərə “Tottenhem”inin 1:1 hesablı heç-heçə etdiyi oyun tutub. Oyuna 76589 nəfər baxıb.

Almaniyanın Münhen şəhərindəki “Alyans Arena” 70000 tamaşaçı ilə ikinci olub. Həmin stadionda “Bavariya” Şotlandiya “Seltik”inə 3:0 hesabı ilə qalib gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luj”da “Benfika” ilə İngiltərə “Mançester Yunayted”inin üz-üzə gəldiyi oyuna 57684 nəfər baxıb. Görüş qonaqların qələbəsi ilə sona çatıb – 1:0.

Messi III turda Çempionlar Liqasında vurduğu topların sayını 100-ə çatdırıb. 55026 tamaşaçı “Kamp Nou”da İspaniya “Barselona”sının Yunanıstan “Olimpiakos”una 3:1 hesabı ilə qalib gəldiyi görüşü, 48520 nəfər İngiltərədə “Mançester Siti”nin İtaliya “Napoli”sini 2:1 hesabı ilə yendiyi oyunu izləyib.

Ən az tamaşaçı isə Fransa “Monako”sunun Türkiyə “Beşiktaş”ına 1:2 hesabı ilə uduzduğu görüşdə olub – 7403 nəfər.

Onu da vurğulayaq ki, “Qarabağ” – “Atletiko” oyunu turun qolsuz sonlaşan tək qarşılaşması olub. İngiltərədə keçirdiyi ilk oyunda “Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

2017/2018 Çempionlar Liqası – C Qrupu

Oyun Uduş Heç-heçə Uduzdu Vurulan Buraxılan Top fərqi Xallar
Chelsea FC
3 2 1 0 11 4 7 7
AS Roma
3 1 2 0 5 4 1 5
Club Atlético de Madrid
3 0 2 1 1 2 -1 2
Qarabağ FK
3 0 1 2 1 8 -7 1

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın