Futbol üzrə UEFA Çempionlar Liqası 2016-da hər iki finalçı komandanın adı müəyyənləşib. YALAN.info-nun məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə İspaniya Atletikosunun ardından eyni ölkənin Real Madrid klubu İngiltərənin Mançester Siti komandasını mübarizədən kənarlaşdırıb.

“Kral klubu” qolsuz bərabərliklə bitən ilk görüşün revanşında minimal hesablı qələbə qazanıb. Oyunda yeganə topu Mançester Sitinin futbolçusu Fernando 20-ci dəqiqədə öz qapısına vurub. Daha öncə isə Atletiko digər yarımfinal qarşılaşmasında Almaniya Bavariyasını mübarizədən kənarlaşdırıb.

Beləliklə, mayın 28-də UEFA Çempionlar Liqasının qalibini müəyyənləşdirmək üçün İspaniyanın 2 futbol klubu – Real MadridAtletiko İtaliyanın Milan şəhərindəki San Siro stadionunda üz-üzə gələcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın