Yetkinlik dövrünə çatan məşhur mügənni Selena Qomes (Selena Gomez) açıq-saçıq sevişmə səhnələrinin yer aldığı klip çəkdirdi. Hələlik müğənni klipi özünün rəsmi veb-saytı və sosial səhifələrində paylaşmasa da klipi şərh edərkən həyatını özü bildiyi kimi yaşayacağını vurğulayıb:

Mənim dinləyicilərim mənimlə bərabər böyüyürlər. Əlbəttə onlar məndən həmişə olduğu kimi nəsə gözləyirlər. Bəzi şeylər gözləndiyi kimi olmayacaq. Artıq mənim yaşım 16-dan çoxdu. Mən gənc qadınam, mən artıq böyümüşəm və mən öz həyatımı öz bildiyim kimi yaşayacağam.

“Hands to Myself” mahnısının klipində xanım müğənni 23 yaşlı Kristofer Meyson (Christopher Mason) ilə birlikdə çəkilib.

Bir neçə gün əvvəl isə dünyanın gənç ulduz müğənnisi Instaqram səhifəsində hamamda alt paltarda təsvir olunan şəklini yayımlamış və milyondan çox izləyici tərəfindən bəyənilmişdi.

Selenanın 5 yaşı olanda valideynləri boşanıb. 2006-cı ildə anası Brayan Tifi ilə ailə həyatı qurub. Selena Qomes 2011-2012-ci illərdə Castin Biberlə (Castin Bieber) sevgili olub, lakin daha sonra ayrılıblar. Ən yaxın qız yoldaşları Demi Lovato və Teylor Sviftdir (Taylor Swift), amma hal-hazırda Demi Lovato ilə küsülüdür. Selena Qomes ən çox Castin Biber, Demi Lovato, Teylor Svit, Zedd və model olan Kara Delevin ilə birlikdə görünür.

Əvvəllər də klipində açıq  səhnələrin yer almasına baxmayaraq ilk dəfə sevişmə səhnəsi məhs 16 yaşı tamam olduqdan sonra yer alıb. Selena Qomesin “Good For You” mahnısında daha çox striptizi xatırladan hərəkətlər edirdisə də, bu dəfə artıq azyaşlı qız yox, gənc qadın olduğunu sübut etməyə çalışıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın