11.5 Milyon Panama Papers Sənədləri Dünyanı Silkələdi

Panamada qeydiyyatda olan Mossack Fonseca adlı hüquq firmasına aid 11, 5 milyon səhifədən ibarət olan sənədlər “Panama Sənədləri” başlığı ilə mətbuata ötürülüb.

Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Almaniyanın Süddeutsche Zeitung qəzetinin çap etdiyi sənədlərə əsasən, Mossack Fonseca firması aralarında Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından və qızının xaç atası olan musiqiçi Serqey Rolduqin ilə yanaşı 72 ölkənin sabiq və hazırda vəzifədən olan bəzi dünya liderləri, eləcə də onların yaxın ətraflarının qanunsuz fəaliyyətlərinə kömək edib.

Sızdırılan sənədlərdə Putinin yaxın ətrafının inanılmaz səviyyədə imkanlı olduğu bildirilərək, Putinin bu işlərin heç birində adının keçmədiyi ifadə olunub. Putinin ailəsinin də bəhs edilən puldan istifadə etdiyi güman olunur.

The International Consortium of Investigative Journalists (ICIJ)

Təxminən 2.6 terabayt həcmində olduğu iddia edilən sənədlərin ilk hissəsini tədqiq edən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (The International Consortium of Investigative Journalists – ICIJ) rəhbəri Jerar Ril, sənədlərin Mosscak Fonsecanın son 40 il ərzində apardığı əməliyyatları ilə günbəgün göstərdiyini qeyd edir. Ril, bu məlumat sızmasının “ofşor sektoru”na vurulan indiyə qədərki ən böyük zərbə olduğunu vurğulayıb.

İddialara görə, sənədlərdə təxminən 210 min şirkət haqqında məlumat verilir. Ötürülən sənədlərdə bir sıra sabiq liderlə yanaşı, İslandiya, Pakistan baş nazirləri ilə Ukrayna prezident, Səudiyyə Ərəbistanı Kralının və bəzi nazirlərin adının olduğu bildirilir.

Panama sənədləri ilk olaraq bir alman qəzetinə, daha sonra 78 ölkədən 107 fərqli media strukturları ilə paylaşılıb. Ancaq məlumatı sızdıranın kim olduğu hələ bilinmir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir