Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan: “Avropa Birliyi ölkələri PKK terror qurumuna sığınacaq verir və onların müxtəlif aksiyaların keçirilməsinin qarşısını almırlar”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı RİA Novosti-yə qaynaqlanaraq bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan bu gün deyib.

“Onlar Berlinin küçələrndə gəzirlər. Onlar Parisdə, Avstriya boyu sərbəst hərəkət edirlər. Avropa Birliyi guya PKK-ya terror qurumu kimi baxır və onu qəbul etmir. Əgər bu belədirsə, onda onlar polisin mühafizəsi altında necə sərbəst gedə bilirlər? Niyə onlar öz separatçı qurumlarının liderinin portretlərini dövlət binalarında yerləşdirirlər?” – deyə Ankarada yerli hakimiyyət orqanları başçıları qarşısında çıxış edərkən Ərdoğan bildirib.

Ərdoğan onu da artırıb ki, Avropa ölkələri yalnız görüntü yaradırlar ki, PKK ilə mübarizə aparırlar, ancaq əslində bu qurumu dəstəkləyirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın