Əsl Şəki Pitisi Yemək və Dincəlmək üçün Şəki Park Otelinə Gəlin

Şəki pitisi Azərbaycan milli mətbəxinin təkrarolunmaz yeməyidir. Yerli mətbəxdə və qonşu mətbəxlərdə bu yeməyin bənzəri var. Ancaq bunlar hamısı bənzərdi…

Piti eyni zamanda birinci sulu və ikinci əsas yeməkdir. Onun hazırlanması üçün haradasa 6-8 saat vaxt lazımdır, çünki, uzun müddətli hazırlanmanın nəticəsində bu yemək təkrarolunmaz dad və ətri əldə edir.

Pitinin əsas əlamətlərindən biri də odur ki, bu yeməyi gildən hazırlanmış qabda – dobuda bişirirlər. Bir dobu bir adam üçün nəzərdə tutulub. Və ən başlıcası odur ki, dobu nə qədər köhnə olsa onun içində hazırlanan piti o qədər dadlı olur. Əgər dobu təzədirsə, pitini qoymadan öncə qabları yaxşıca qoyun piyi və qaynar su ilə “doydururlar”. Belə hazırlanmış qabda əsl dadlı Şəki pitisi hazırlanır.

Əsl Pitini hazırlamaq üçün nə lazımdır?

Qoyun ətinin yumşaq yeri, quyruq (erkək qoyunun), baş soğan, noxud, gavalı qurusu, şabalıd, zəfəran (çiçəklərindən də istifadə etmək olar), duz, istiot. Bu ərzaqlardan düzgün istifadə olunarsa, əsl təkrarolunmaz dadlı Şəki pitisini hazırlamaq olar.

Bir sıra bölgələrdə pitiyə bənzətmək istədilər, ancaq alınan yemək adi bozbaş idi. Şabalıdın olmaması, dobularda kartof və sümüklü ət tikələrinin olması pitinin dadını vermirdi.

Ümumiyyətlə, pitinin hazırlanması o qədər də çətin iş deyil… Noxud və gavalı qurusu axşamdan suya qoyulur. Qoyunun ya bud, ya da qol ətini sümükdən ayırıb doğrayırıq. Yada salmaq gərəkdir ki, əsl piti üçün istifadə olunan ət erkək qoyunun əti olmalıdır, çünki dişi qoyunun əti o qədər də dadlı deyil. Quzunun əti isə dadlı olsa da yağlı deyil.

Hər ustanın öz porsu var. Əsasən bir pay üçün 150 qr. ət və 50 qr. quyruq götürülür. Soğan xırda doğranılır, şabalıd təmizlənir. Dobunun dibinə duz səpilir, suda yumuşaldılmış noxud əlavə olunur, sonra ət əlavə olunur və üstü dobunun ağzı ölçüsündə kəsilmiş quyruqla qapaq kimi ortülür. Su əlavə edilir. Bəzi aşpazlar su əvəzinə öncədən hazırlanmış ət bulyonundan istifadə edirlər. Və daşın üstünə qoyurlar. Ətin kəfini yığandan sonra, bütün yeməklərə dad verən soğanı əlavə edirik və bir neçə saat bişiririk. Hazırlanmağa 15 dəqiqə qalmış dobuya şabalıd və gavalı qurusunu əlavə edirik. Yeməkdən bir neçə dəqiqə öncə zəfəran əlavə edilir.

Qısaca, bu Əsl Şəki Pitisidir

Süfrəyə ağ xiyar turşusu, baş soğan, sumaq (!) və döyməclə (zoğal+alça turşusu) verilir. Nuş Olsun!!!

Əsl Şəki Pitisi Şəki Park Otelində
Əsl Şəki Pitisi Şəki Park Otelində

Bəs nə üçün Şəki Park Otelində?

Öncəliklə onu deyək ki, sizi Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən otelin gülərüz şəkili kollektivi qarşılayacaq. İlin hər fəslində öz gözəlliyi ilə seçilən bu bölgədə səhərin sıxlığını və səs-küyü unudacaqsınız. Burada günəşin hər batışı və çıxmasın başqa bir nağıla bənzəyir. Yaşıllıqlar, dağlar, təmiz hava və münbit torpaq – bunlar hamısı yaşamaq və istirahət etmək üçün hər şəraiti yaradır.

Şəki Park otelinin təqdim etdiyi kottec xidmətləri isə həm əlverişli qiymətləri, həm də dincəlmək üçün lazım olan bütün istirahət və əyləncə sahələri ilə sizə unudulmaz anlar yaşadacaq.

Kotteclər bir, iki və üç otaqlı olmaqla yanaşı geniş mətbəxlə də təchiz edilib. İstirahət mərkəzində yerləşən Şəki üslubunda Azərbaycan mətbəxinin və Avropa mətbəxinin təamlarını təklif edən restoranda səhər yeməyi ödənişə daxildir. “Housekeeping” xidməti otaqlarınızı daim səliqəli olması üçün gündəlik fəaliyyət göstərir. İstirahətinizin səmərəli keçməsini təmin etmək üçün Şəki Park istirahət mərkəzində kinozal, bilyard zalı, mini-futbol, volleybol meydançası, üzgüçülük hovuzu və tennis kortu fəaliyyət göstərir. Bundan başqa, uşaqlar üçün xüsusi ayrılmış güşə də var. Bundan başqa, Şəki şəhərinin gəzməli-görməli yerlərinə turlar da həyata keçirilir, bələdçi xidmətləri də təklif olunur.

Qonaqların işgüzar toplantılarının keçirilməsi üçün xüsusi ayrılmış iclas zalı da mövcuddur. İstirahət mərkəzinin ərazisində Wi-Fi-dan pulsuz istifadə edə bilərsiniz. İstirahət mərkəzinin ərazisində 24 saat mühafizə olunan avto dayanacaq var. Bundan başqa, istirahət mərkəzindəki mini-market 24 saat fəaliyyət göstərir.


Şəki Park Oteli – Azərbaycanın incisi

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir