Ərdoğan: Suriyadakı Əməliyyatlar PYD/PKK Terrorçularına Qarşıdır

Türkiyə Silahlı Qüvvələri yaxın zamanda PYD/PKK terrorçularını tamamilə zərərsizləşdirəcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bölgə nümayəndələri ilə keçirilən toplantısında “Zeytun budağı” əməliyyatının gedişatını açıqlayarkən bildirib.

Onun sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin terrora qarşı mübarizədə dönməz olduğuna inanmayanlara açıq xəbərdarlıqdır.

Türkiyə prezidenti çətin coğrafi quruluş və əlverişsiz hava durumuna baxmayaraq, əməliyyatın problemsiz şəkildə davam etdiyini diqqətə çatdırıb.

“Bir daha vurğulamaq istəyirəm ki, Türkiyə Silahlı Qüvvələrinin Afrindəki əməliyyatı yalnız terrorçu qruplaşmalara və terrorçulara yönəlib. Üzümü Avropa parlamentində bu əməliyyatı “işğal” kimi qələmə verməyə çalışan kəslərə tuturam: işğal nümunələrini siz Liviya, Ruanda, Malinin tarixində  tapa bilərsiniz. Türkiyə ordusu, Türk xalqı heç vaxt özünü işğalçı kimi aparmayıb”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri terrora qarşı mübarizəyə gərək olduğunu vurğulayıb. Onun sözlərinə görə, əks halda Türkiyə terrorçulara qarşı təkbaşına mübarizə aparmalı olacaq.

“Ankaranı ən çox PYD/PKK-nın açıq-aşkar ABŞ dəstəyi hesabına bölgədə fəaliyyətdə olması qıcıqlandırır. Bunu necə açıqlamaq olar? ABŞ prezidenti Donald Tramp Ankaranın izafi tənqidlərindən razı deyil. Türkiyə və ABŞ strateji tərəfdaşlardır. Heç strateji tərəfdaş belə hərəkət edər?”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərə çatana qədər Türkiyə SQ Afrində “Zeytun budağı” əməliyyatını davam etdirəcək.

“Bundan sonra, vəd etdiyimiz kimi, Münbiç rayonunun terrorçulardan təmizlənməsi ilə bağlı əməliyyat keçiriləcək. Qoy, heç kim buna görə narahat olmasın, çünki Münbiçin əsl sahibləri  terrorçular deyil, ərəblərdir.  Daha sonra əməliyyatın çevrəsi İraq sərhədlərinə qədər genişləndiriləcək, mübarizə sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, – deyə Ərdoğan vurğulayıb.

“Bəziləri bizi əməliyyatı ən qısa zamanda sona çatdırmağa çağırır. Mən şəxsən telefonda onlara bildirmişəm ki, Türkiyə bütün hərbi gücündən – tanklar, artilleriya, təyyarələr, helikopterlərdən istifadə etsəydi, bu əməliyyat bir neçə günə sona çatardı. Ancaq bizim üçün təkcə hərbçilərin güvənliyi deyil, eyni zamanda, düşmənin canlı sipər olaraq yararlandığı yerli əhalinin güvənliyi önəmlidir. Türkiyə Afrini işğal etmək istəmir, əksinə, həmin rayonu terrorçulardan təmizləmək və yerli əhalinin barış içində yaşaması üçün gərəkli şəraiti yaratmaq istəyir”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, Suriyada sonuncu terrorçu öldürülənə kimi döyüşlər davam edəcək.

“Türkiyəyə ağıl öyrətməyə çalışan, “Zeytun budağı” əməliyyatının ən qısa zamanda sonlaşdırılmasını tələb edənlərə üzümü tuturam. Maraqlıdır ki, qonşu ölkədən olan terrorçular sizin şəhərə raket zərbəsi endirsə, hücum etsəydi, siz nə edərdiniz?  Kilsələrin damına mərmilər düşsəydi, dua edən insanlar ölsəydi, sizin buna reaksiyanız necə olardı?”, – deyə Ərdoğan bildirib.

“Buradan türk əsgərlərlə çiyin-çiyinə terrorçulara qarşı döyüşən Azad Suriya Ordusunun əsgərlərini salamlayıram”, – deyə Ərdoğan sözlərinə artırıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir