Ərdoğan Qərbi Terror Qurumlarına Yardım Etməkdə Günahlandırdı

Dünən Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan söyləyib: “Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və yoldaşlıq bağlantılarımızın olduğu bu ölkələrdən qıraqda düşünülə bilməz”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı APA-ya qaynaqlanaraq verdiyi məlumata görə, qərbi İŞİD, PKK, FETÖ kimi terror qurumlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə barışı, atəşkəsi təmin etməliyik”.

Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror qurumunun Suriya qolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: “Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Ya da İraqda nə baş verir? Örnək, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə indi 8-10 min türkmən var. 100 minə qədər telafərli də indi Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin iç problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri qaynağında aradan qaldıracağıq. “Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə yoldaş olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir