Ərdoğan NATO-nu Bağışlamadı: Belə Yanlışlığı Alçaq Adamlar Edir

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının APA-ya qaynaqlanaraq bildirdiyi məlumatda deyilir ki, bununla bağlı R.T.Ərdoğan hakim Ədalət və İnişaf Partiyasının toplantısında danışıb.

“Dünən NATO təlimlərində yol verilən sayğısızlığı gördünüz. Elə yanlışlıqlar var ki, axmaq yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, – deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf taxtası olaraq Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan və respublikanın qurucusu Mustafa Kamal Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan olayla bağlı təlimə qoşulmuş 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən çıxarıldığı bildirilib. Atatürkün fotosunun isə texniki işçinin seçdiyi, onun da işdən uzaqlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf taxtası olaraq Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan və respublikanın qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Güclər Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir