Əli və Nino filminin baş rol ifaçısı ən yaxşı gənc aktrisa seçildi

Əli və Nino” filmində baş rolun ifaçısı Mariya Valverde Avropanın ən yaxşı 10 gənc aktrisasından biri seçildi. Bu onluq “European Film Promotion” qurumu tərəfindən yayımlanıb.

İspaniyalı aktrisa Mariya Valverdenin 28 yaşı var. Madriddə doğulmuş səhnə ustası “Əli və Nino” filmində Nino obrazını canlandırıb. Əli obrazını isə fələstinli Adam Bakri ifa edib.

Xatırladaq ki, Yazıçı Qurban Səidin “Əli və Nino” romanı əsasında romantik drama janrında eyniadlı bədii filmin çəkilişləri yekunlaşıb. Böyük Britaniyanın məşhur “PeaPie Films” kino şirkəti tərəfindən çəkilmiş ekran işi hazırda montaj prosesindədir.

Ekran işinin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Kostyumlar üzərində britaniyalı dizayner Mişel Klepton, eləcə də Nina Ayres və Darren Noris çalışıblar.

Bundan başqa, məlum olub ki, “Əli və Nino” filminin bəstəkarı dünya şöhrətli italyalı musiqiçi Dario Marianellidir. O, 2005-ci ildə “Qürur və qərəz” (Pride & Prejudice), 2012-ci ildə “Bağışlanma” (Atonement) və 2012-ci ildə “Anna Karenina” (Anna Karenina) filmlərinə yazdığı musiqilərə görə nüfuzlu “Oskar” mükafatına layiq görülüb.

Rollarda Mariya Valverde (Nino Kipiani) və Adam Bakri (Əlixan Şirvanşir) ilə birlikdə Mendi Patinkin (knyaz Kipiani), Konni Nilsen (Tamar Kipani), Halit Ergenç (Fətəli xan Xoyski), Fəxrəddin Manafov (Hacı Zeynalabdin Tağıyev) və başqaları da çəkiliblər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Əli və Nino filminin baş rol ifaçısı ən yaxşı gənc aktrisa seçildi” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir