Əli Həsənov: 2020-ci ildə Azərbaycanda Bir Yoxsul Da Qalmayacaq

“2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu APA-ya müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov deyib ki, hələ 2008-ci ildə hökumətin hesabatında prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramının hazırlanması barədə tapşırıq verib:

“Dövlət başçısı o vaxt dedi ki, neftin qiyməti nə vaxtsa düşə bilər. Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı. Fikir verin, neftin qiyməti düşdü, düzdür, müəyyən çalxalanmalar oldu, amma Azərbaycan öz iqtisadi stabilliyini itirmədi. Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq”.

Baş nazirin müavini prezident İlham Əliyev tərəfindən son 14 ildə Azərbaycanın inkişafının təmin olunduğunu qeyd edib:

“2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul da qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir